Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Hansı peşə və işlərdə ürək xəstəlikləri yaranır?

Əlverişsiz, sağlamlığa zərərli işlərdə uzun müddət çalışmaq ürək-damar sistemində xəstəliklər yaradır.
Psixoloji, fiziki və zehni yükü çox olan peşələrdə çalışmaq ürəyi daha tez, 40 yaşından sıradan çıxarır.

Bu siyahıya kimyəvi maddələrlə işləmək, yüksək səs, aşağı və ya yuxarı temperatur, stresli məsuliyyətli iş yerləri də daxildir.
Eləcə də aerozol istifadəsi, vibrasiya, elektromaqnit şüalanma, benzol, marqans, qurğuşun istifadə olunan istehsalat yerləri də ürək üçün zərərlidir.

Ekspertlər bildirir ki, monoton iş, zəif fiziki aktivlik, bütün günü oturaq iş, zehni gərginlik, diqqətin cəmlənməsi, neqativ təsirli peşələr, havalandırma sistemi yaxşı olmayan yerlər orda çalışanların sağlamlığına zərərlidir.

ÜST də etiraf edir ki, ürək-damar xəstəliklərinin səbəbini iş yeri və stajla əlaqədardır. İş müddəti artdıqca və professional fəaliyyətin şərtləri yaxşılaşmadıqca bu xəstəliklər irəliləyir.  \\Medicina

Tarix: 01 noyabr 2021
Baxış: 223

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş