Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında TELEFON DANIŞIĞI OLUB

Noyabrın birində Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Diplomatlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsinin vəziyyətini müzakirə ediblər. Humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
Xarici siyasət idarələrinin rəhbərləri həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər. \\ Pravda.az

Tarix: 01 noyabr 2021
Baxış: 116

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş