Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Azərbaycan ordusu Ermənistanın dərinliklərinə irəliləyib” - Ohanyan

"Azərbaycan ordusunun Sünik (Zəngəzur-red.) və Qeqarkunikdə (Göyçə mahalı-red.) Ermənistan ərazisinin dərinliklərinə doğru irəliləməsində kimin günahkar olduğu barədə sualıma Sərhəd Qoşunlarının və Baş Qərargahın nümayəndələrindən cavab ala bilmədim".

Bu sözləri parlamentin qapalı iclasından sonra jurnalistlərə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
"Noyabrın 9-da imzalanmış üçtərəfli bəyanata görə, tərəflər qaldıqları yerdə dayanmalı idilər. Silahlı qüvvələrimizin və ya Sərhəd Qoşunlarımızın Sünik və Geqarkunik bölgələrindəkı mövqelərinin təchiz edilməməsi üçün heç bir səbəb yox idi", - deyə Ohanyan bildirib.

Onun sözlərinə görə, erməni tərəfi ən azı strateji nöqtələrdə - yollarda və yüksəkliklərdə, heç olmasa Sovet demarkasiya xətti boyunca mövqe tutmalı idi. Ohanyan əlavə edib ki, sərhədyanı kəndlərin könüllü dəstələri də silahlı qüvvələrə yardım göstərə bilərdi. Amma əksinə, onlara öz mövqelərini tərk etmək əmri verilib.

"Müzakirənin nəticələrinə əsasən deyə bilərəm ki, Silahlı Qüvvələr və Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları arasında taktiki və strateji qarşılıqlı fəaliyyətin səviyyəsini artırmaq lazımdır", - Ohanyan vurğulayıb. \\AzPolitika.info

Tarix: 26 oktyabr 2021
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş