Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Azərbaycanda yeni yaradılan komando hərbi hissəsi (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir.

Oktyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub.

Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən Müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra Türkiyədə uzun müddətli "Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub.

Mərasimdə çıxış edən Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.

Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib. \\Qaynarinfo



Tarix: 19 oktyabr 2021
Baxış: 125

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş