Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Gürcüstandan İrana SƏRT MESAJ: Azərbaycana qarşı təhdid yaranarsa... - Qəti addım atıldı

“Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyması rəsmi Bakı ilə Tiflis arasındakı strateji tərəfdaşlığın, müttəfiqliyin hansı səviyyədə olduğunu göstərir”.
Bu sözləri siyasi analitik Turab Rzayev deyib.

O, bildirib ki, Gürcüstan bununla İrana açıq mesaj verir ki, regionda onun müttəfiqi Azərbaycandır və ona təhdid, təhlükə olarsa, o da bütün imkanları ilə dəstək verəcək:
“Azərbaycan tərəfi region ölkələrinə 3+3 formatını təklif edib. Yəni üç Qafqaz ölkəsi, üç də ətraf ölkə formatda iştirak edə bilər. Lakin görünür, bəzi ölkələr bunu yanlış anlayıb. Ölkə başçısının dediyi kimi, istəyən bu formata qoşula bilər, istəməyən də özü bilər. Yəni biz bu formata 2+2 olaraq da davam edə bilərik.


Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq”. \\Azerforum.com

Tarix: 06 oktyabr 2021
Baxış: 163

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş