Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
AST Telman İsmayılov harada gizlənibmiş... - DETALLAR AÇIQLANDI

Bu günlərdə Monteneqroda həbs edilən azərbaycanlı milyarder AST Telman İsmayılovun 3 il müddətində İnterpoldan necə gizləndiyinin detalları bəlli olub.
Ötən həftə saxlanılaraq  Rusiyaya verilməsi barədə məhkəmə prosesi keçirilən Telman İsmayılovun bu müddət ərzində harada gizləndiyi bəlli olub.
Rusiyaya təhvil verilməsi iddiası ilə həbs edilən Telman İsmayılov təxminən üç il Monteneqronun paytaxtında kirayəlik bir malikanədə yaşadığı ortaya çıxıb. 
Mətbu orqanın yazdığına görə, yerli hakimiyyət orqanları iş adamının ölkədə olduğunu  və İsmayılovun İnterpol tərəfindən axtarışda olduğunu bildiklərinə rəğmən heç bir reaksiya verməyiblər. 
Məlumata görə, İsmayılovun kiralədiyi malikanə şəhər  polis idarəsinin və Daxili İşlər Nazirliyinin binasından bir neçə dəqiqəlik məsafədə olub. İsmayılov bu müddət ərzində açıq həyat tərzi keçirərək heç kimdən gizlənməyib. Onun belə sərbəst gəzməsinə səbəb kimi Monteneqro rəsmiləri ilə qurduğu şəxsi əlaqələr göstərilir.  
Qeyd edək ki, ölkə prezidenti Milo Cukanoviç Türkiyədə İsmayılova məxsus  “Mardan Palace” kimi lüks bir hotelin qonağı olub. 
Artıq  Monteneqro Assambleyası (parlamenti) artıq İsmayılovla ölkə rəhbərliyi arasındakı əlaqənin araşdırılmasını tələb edib.
İsmayılovun vəkili Marina Rusakova deyib ki, o, həbsindən bir neçə ay öncə siyasi sığınacaq almaq üçün  ölkə hakimiyyətinə müraciət edib və onun müraciətinə əsasən məhkəmə prosesi  noyabrın 12-də keçirilməsi nəzərdə tutulub.
Vəkil Rusakova deyib ki,  İsmayılovun hər hansı cinayət əməlində əli olmayıb və onun təqib olunması isə siyasi xarakter daşıyır.
Marina Rusakovanın sözlərinə görə, sığınacaq axtaran şəxsin həbsi bu sahədə beynəlxalq müqavilələri pozur: “Ümid edirəm ki, məhkəmə bunu dəstəkləyəcək və cənab İsmayılovun statusu ilə bağlı son qərara qədər sərbəst buraxacaq”.
Onu da qeyd edək ki, Podqoritsa Ali Məhkəməsi İsmayılov barəsində həbs qətimkan tədbiri seçsə də, onun siyasi sığınacaq verilməsi ilə bağlı müraciətini hələ müzakirə etməyib. \\Ölkə.Az

Tarix: 04 oktyabr 2021
Baxış: 187

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş