Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Apellyasiya və kassasiya şikayətləri yalnız elektron qaydada GÖNDƏRİLƏCƏK

Apellyasiya və Ali Məhkəməyə şikayətlər elektron qaydada göndərilməlidir.
Bu barədə E-huquq.az-a açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
Onun sözlərinə görə, bu gündən qüvvəyə minən Mülki Prosessual Məcəlləyə dəyişikliklə əlaqədar olaraq, "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlər yalnız elektron qaydada həyata keçirilməlidir: "Məsələn, Gəncə Apellyasiya Məhkəməsi "Elektron məhkəmə" sisteminə qoşulmayıb. O məhkəmənin qərarlarından kassasiya şikayəti veriləndə kağız formatda veriləcək. Amma Bakı, Sumqayıt, Şəki inzibati ərazilərində "Elektron məhkəmə" sisteminə qoşulmuş məhkəmələrin aktlarından şikayətlər ancaq elekton qaydada veriləcək".

Tarix: 01 oktyabr 2021
Baxış: 194

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş