Ermənistan bunu qiymətləndirməlidir - Çavuşoğlu
Azərbaycan Qarabağı işğaldan azad etmək üçün 30 il gözlədi.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vətəndaş cəmiyyəti nümayəndələri ilə Əskişəhərdə keçirilən görüşdə söyləyib.
“Azərbaycan Qarabağ üçün 30 il gözlədi. Nə oldu? Minsk üçlüyü ilə masada çözüm işləmədi. Sonunda nə oldu? Azərbaycan torpaqlarını savaşaraq azad etdi. İndi diplomatiya işləyə bilər. Ermənistan bunu qiymətləndirməlidir”, - o qeyd edib. \\Axar
Tarix: 10 sentyabr 2021
Baxış: 138
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş