Xəbər lenti
Reklam
Bu ölkədən idxala MƏHDUDİYYƏT QOYULDU

Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi qeydə alınıb.
AQTA-dan Gender.az-a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Dornod vilayətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin, tranzit daşınmasına məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Tarix: 09 sentyabr 2021
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş