Xəbər lenti
Reklam
Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçması ilə bağlı DANIŞIQLAR APARILIR

“Türkiyənin hava məkanının Ermənistan aviaşirkətinə məxsus təyyarələr üçün açılması istiqamətində danışıqlar aparılır”.
Bunu “Ermənistan” hava şirkətinin direktorunun müavini və kommersiya işləri üzrə direktoru Gevork Xaçartryan keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 6 il Ermənistan təyyarələri Türkiyənin, Türkiyə təyyarələri isə Ermənistanın hava məkanı ilə uçub: “Sonuncu dəfə bu ilin martında Türkiyəyə müraciət etdik və rədd cavabı aldıq. Hazırda biz Türkiyə səması ilə uçuşlar həyata keçirmirik. Ancaq bu istiqamətdə danışıqlar aparırıq və irəliləyişlər var”.
Xaçatryan məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.
Məlumata görə, 2020-ci il sentyabrın 9-dan Türkiyə Ermənistanda qeydiyyatdan keçən təyyarələr üçün öz hava məkanını bağlayıb. \\Report

Tarix: 09 sentyabr 2021
Baxış: 130

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş