Xəbər lenti
Reklam
Türkiyədən ŞAD XƏBƏR: Yaxın aylarda başlayır - Hamı sevinəcək

Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksininin yaxın aylarda kütləvi istehsalına başlaması planlaşdırılır.
Hazırda ölkədə vaksinin kliniki sınaqlarının üçüncü mərhələsi davam edir.
Qeyd olunur ki, üçüncü mərhələdə 650 könüllü iştirak edir. Bu günədək vaksin 46 nəfərə vurulub və hər hansı bir yan təsir müəyyən edilməyib. Mütəxəssislər TURKOVAC-ın qış aylarınadək kütləvi istehsalının başlayacağını bildirir.
Qeyd edək ki, Türkiyə peyvəndin dünya ölkələri arasında ədalətli bölüşdürməməsindən narahatlıq ifadə edib. Türk rəsmilər bəyan etmişdi ki, Türkiyə öz peyvəndini heç bir şərt qoymadan bütün ölkələrə satacaq. \\Kanal.az

Tarix: 07 sentyabr 2021
Baxış: 153

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş