Əfqanıstanın vitse-prezidenti ölkəsini tərk etmədiyini BƏYAN EDİB
Əfqanıstanın vitse-prezidenti Əmirulla Saleh ölkəni tərk etdiyinə dair yayılan xəbərləri təkzib edib.
Bu barədə Salehin "Tolo News" telekanalı tərəfindən yayımlanan video müraciətində deyilir.
Saleh bildirib ki, ölkəni tərk etməsi və Əfqanıstandan kənarda olduğu barədə məlumatlar düşmən təbliğatıdır.
"Müqavimət davam edir və davam edəcək. Mən öz torpağım uğrunda və onun ləyaqətini müdafiə etmək üçün burdayam", - bunu isə Saleh öz
tvitterində yazıb. \\Report
Tarix: 03 sentyabr 2021
Baxış: 183
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş