Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Efiopiyada humanitar fəlakət başladı: 2 milyon didərgin, böyük aclıq...

BMT-nin baş katibi Antonio Quterreş Efiopiyada humanitar fəlakət başladığını elan edib. O, 2 milyondan çox insanın evlərindən didərgin düşdüyünə diqqət çəkdi. Qida, su, sığınacaq və tibbi yardım da daxil olmaqla həyati əhəmiyyətli humanitar yardıma ehtiyacı olan milyonlarla insan var.
İndi ölkədə 400 min insan aclıq şəraitində yaşayır. UNICEF qarşıdakı 12 ay ərzində təxminən 100.000 uşağın ağır qidalanma ilə üzləşəcəyini bildirir.
Qaçqın düşərgələri və sağlamlıq sistemləri qarşıdurmalar səbəbiylə məhv edilib. Xəstəxanalara və klinikalara hücumlar edilir. Elektrik müntəzəm olaraq verilmir.
Cinayət və zorakılıq halları çoxdur.
Bundan əvvəl Efiopiyanın Tiqray bölgəsinə təşkil edilən hava hücumu nəticəsində 64 nəfər ölüb, 180 nəfər yaralanıb. Mətbuat bunun Tiqranın Azadlığı Xalq Cəbhəsinin (NFOT) üzvlərinə qarşı edildiyini yazır. \\Qaynarinfo
Tarix: 27 avqust 2021
Baxış: 162

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş