Xəbər lenti
Reklam
NARKOTİK SATAN ŞİRKƏTLƏRİN VAKSİNİNƏ İNANMAQ OLARMI?!

ƏHALİYƏ NARKOTİK SATAN ŞİRKƏTLƏRİN VAKSİNİNƏ İNANMAQ OLARMI?!   VƏ YA BİZƏ MƏSLƏHƏT VERƏNLƏR KİMLƏRDİR?! 
Deməli, dünyanın ən böyük konsaltinq şirkəti olan Makkenzi Amerikanın ən böyük farmaseptik (dərman, əczaçılıq) şirkətinə - Purdue Pharma şirkətinə konsaltinq xidmətləri göstərirdi. Həmin dərman şirkətləri isə əhaliyə müalicə adı ilə narkotik tərkibli dərman satırdı. Çünki narkotik asılılıq yaradıb, daha çox satmaq üçün şərait yaradırdı. Üstəlik əvvəlki asılılıq yaradan narkotik tərkibli dərmandan daha yaxşı və sağlam olduğunu reklam edirdilər, əslində isə 3-5 dəfə daha güclü narkotik təsiri var idi.
Daha sonra bu şirkət - Makkenzi 50 ştatdan 49-na 574 milyon $ cərimə ödədi, söhbətin üstünü örtdü. Məhkəməni həmişə Amerikada olduğu kimi satın aldı, özünü təmizə çıxardı. Söhbət hələ narkotiki dərman adı ilə satan şirkətdən yox, ona konsaltinq xidməti göstərən şirkətdən gedir.

İndi bizim ağzı göyçəklər deyirlər ki, nə danışırsan, vaksinə şübhə etmək olar? Vaksinin və onun istehsalçılarını Allah elan ediblər. Əksinə və onun istehsalçılarına söz demək, şübhə duymaq olmaz.
Amerikanın ən böyük dərman istehsal edən şirkətləri əhaliyə, hələ öz əhalisinə bilə-bilə narkotik satsın, sadəcə Amerikanın deyil, dünyanın ən böyük konsaltinq şirkəti ona şərait yaratsın, və biz Amerikanın vaksinini ala bilmədiyimiz üçün, məcbur olub aldığımız geydirmə Çin və Rusiya vaksininə qeyd-şərtsiz inanmalıyıq. Əks halda bunların vaksin dinindən çıxmış, bidətçi oluruq.
Və əhaliyə narkotik satmağa kömək edən bu şirkət - Makkenzi Azərbaycanın iqtisadi inkişaf strategiyasını hazırlayır. Bilmirəm, ağlayaq ya gülək ?!

Turab Rzayev
Siyasi Analitik

Tarix: 24 avqust 2021
Baxış: 179

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş