Xəbər lenti
Reklam
Erməni nazir Rusiyadan silah almaq üçün DANIŞIQLAR APARIR

Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada Ordu-2021 hərbi sənaye sərgisinin və Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni nazir Rusiyanın böyük hərbi sənaye şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Karapetyan “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevlə də bir araya gəlib.

Qeyd edək ki, Moskvanın Kubinka rayonunda Ordu-2021 beynəlxalq hərbi-texniki forumu keçirilir. \Axar.az

Tarix: 23 avqust 2021
Baxış: 171

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş