BMT bu şərtlə “Taliban”la danışmağa hazırdır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş liderlərinin dəqiq kimlər olduğu müəyyənləşəcəyi təqdirdə, “Taliban”la danışmağa hazır olduğunu bildirib.
Bu barədə Quterreş BMT-nin mənzil qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ-ın paytaxt Kabildəki hava limanından tamamilə çəkilməsindən sonra BMT-nin aeroportu idarə edə biləcəyinə dair suala cavab verən Quterreş bildirib ki, BMT-nin indiki şəraitdə hava limanını istismar etməsi real deyil.
BMT rəhbəri Əfqanıstanda bütün etnik qrupları təmsil edən hökumətin qurulmasını və insan hüquqlarına hörmət edilməsini istəyib. \\Modern.az
Tarix: 19 avqust 2021
Baxış: 182
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş