Xəbər lenti
Reklam
İranda xəstəxanalarda ÇARPAYI ÇATIŞMAZLIĞI YAŞANIR

İranda koronavirus infeksiyasının sürətlə yayılması xəstəxanalarda çarpayı çatışmazlığı yaradıb.
Son 24 saat ərzində ölkədə 50 min 228 nəfər virusa yoluxub. Onlardan yalnız 5163 nəfərini xəstəxanalara yerləşdirmək mümkün olub. Sutka ərzində virusa yoluxan 625 nəfər vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 4 milyon 517 min 243 nəfərə, ölənlərin sayı isə 99 min 108-ə çatıb.
Koronavirusa ilk yoluxma halının qeydə alındığı gündən indiyədək müalicə alan 3 milyon 786 min 488 nəfər sağalaraq evə buraxılıb. Xəstəxanalarda müalicə alan 7 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
Nazirliyin açıqlamasında, həmçinin bildirilib ki, İranda 15 milyon 776 min 564 nəfərə birinci doza, 4 milyon 714 min 701 nəfərə isə ikinci doza peyvənd vurulub.
Hazırda İran ilə Rusiya arasında peyvənd alınmasına dair danışıqlar davam edir. \\Axar

Tarix: 17 avqust 2021
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş