Türkiyə “Taliban”a CAVAB VERDİ
Əfqanıstanı ələ keçirmiş “Taliban” qruplaşmasının Türkiyə ilə bağlı bəyanatına qardaş ölkənin cavabı gecikməyib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Taliban”ın Türkiyə barədə mesajlarını müsbət qarşıladıqlarını deyib.
O bildirib ki, Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. “Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” – deyə diplomat bildirib. Qeyd edək ki, “Taliban” açıqlamasında Türkiyəni “qardaş ölkə” adladırıb./Azərforum
Tarix: 17 avqust 2021
Baxış: 160
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş