Xəbər lenti
Reklam
"Taliban" hava limanında toplanan insanları qayıtmağa çağırır "HEÇ KİMİ TƏQİB ETMƏYƏCƏYİK"

"Taliban" hərəkatı Kabil hava limanında toplaşan və ölkəni tərk etmək istəyən əfqanları evlərinə dönməyə çağırıb. Bu barədə xarici KİV-lər yazır.
"Hava limanını dolduran ailələr üçün təhlükə olmayacaq. Heç kimi təqib etməyəcəyik", - hərəkatın rəsmi nümayəndəsi Zabihullah Mücahid bu gün keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, bu gün, qısa bir fasilədən sonra, ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri ilə ABŞ səfirliyi işçilərinin və ABŞ hərbi kontingenti ilə əməkdaşlıq edən əfqanların Kabildən təxliyəsi bərpa edilib. Hava limanında iki gün davam edən izdihamlar zamanı təxminən 10 nəfər həlak olub.
"Taliban" nümayəndələri həmçinin bildirib ki, Əfqanıstanda oğlan və qızlar üçün ayrıca siniflər yaradılacaq. Qızların təhsil prosesində iştirakı ilə bağlı heç bir qadağa tətbiq edilməyəcək.
Bundan əlavə, "Taliban" qadınları yaradılacaq hökumətin işində iştirak etməyə dəvət edib və qadınların hüquqlarına hörmət edəcəyini, təhsil almalarına və işləmələrinə icazə verəcəyini qeyd edib. \\Virtualaz.org

Tarix: 17 avqust 2021
Baxış: 160

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş