Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Lavrovdan gözlənilməz Əfqanıstan açıqlaması: "Balans pozuldu..."

“Əfqanıstan elə bir ölkədir ki, tarixdə burada heç vaxt mərkəzləşdirilməmiş bir hökumət mövcud olmayıb. Bu ölkənin var olması üçün hər zaman yazılmamış bir balans mövcud olub. Bu da ondan ibarətdir ki, əyalətlərin güclü müstəqilliyi olub. Amma amerikalılar demokratiya haqqında öz baxışlarını tətbiq etməyə çalışanda bu balansı pozdular”.
Belə bir bəyanatı Rusiya XİN başçısı Sergey Lavrov İmanuel Kant adına Baltik Federal Universitetində çıxışı zamanı səsləndirib.
İlk dəfə 2004-cü ildə Əfqanıstanda olduğunu qeyd edən Lavrov bildirib ki, Rusiya Əfqanıstanı yaxşı tanıyır: “O zaman dediklərimdən əmin oldum. Bu ölkənin necə fəaliyyət göstərdiyini və ona başqa bir hökumət formaları tətbiq etməyə çalışmağın nə qədər əks təsirli olduğunu anladım”.
O əlavə edib ki, belə bir vəziyyətdə əfqan xalqını Qərbin yaşadığı qanunlara uyğun yaşamağa məcbur etməyin mümkün olduğunu iddia etmək sadəlövhlükdür: “ABŞ-ın bu hərəkəti bir daha deyirəm ki, başqa ölkələrin əsrlər boyu yaşadıqları ənənələri tamamilə göz ardına vuraraq, dəyərlərini dünyanın qalan hissəsinə tətbiq etmək cəhdi idi”.\\Ölkə.Az

Tarix: 17 avqust 2021
Baxış: 131

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş