Makron: "Fransa Əfqanıstanla bağlı Rusiya, ABŞ və Avropa ilə əməkdaşlığın tərəfdarıdır"
Fransa Əfqanıstanla bağlı Rusiya Federasiyası, ABŞ və Avropa ölkələri ilə əməkdaşlığın tərəfdarıdır.
Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Makron qeyd edib ki, ölkəsi yaxın gələcəkdə Əfqanıstanda vəziyyəti normallaşdırmaq üçün Londonla birgə təşəbbüslər irəli sürmək niyyətindədir.
"Bununla yanaşı, Əfqanıstandan olan qaçqınlara yardım məqsədilə Fransa Almaniya və Avropa İttifaqının digər ölkələri ilə birgə proqram üzərində işləyir", - Makron vurğulayıb. \\Report
Tarix: 16 avqust 2021
Baxış: 130
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş