Xəbər lenti
Reklam
Tanınmış aparıcı Operativ Qərargahın açıqlamasına ETİRAZ ETDİ

Nazirlər Kabineti yanında Operativ Qərargah 11 avqust tarixinə olan yoluxma statistikasını açıqladı, tanınmış aparıcı buna etiraz etdi.

Operativ Qərargahın yaydığı məlumata görə, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər isə vəfat edib.

Bu açıqlamanın ardınca tanınmış aparıcı Turan İbrahimov öz sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, bu qədər yoluxan, bu qədər sağalan və bu qədər vaksin olunan ölkədə hələ də “Covid”ə yoluxanlar çoxalırsa, deməli, nə yoluxma statistikası, nə sağalma sayı, nə də vaksinasiya prosesi real deyil.

“Əgər, yenə də qapanmalar olacaqsa, demək ki, son 1-2 ildə dövlət səviyyəsində evcik-evcik oynamışıq”,- deyə aparıcı qeyd edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb. \\Bizimyol.info

Tarix: 12 avqust 2021
Baxış: 171

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş