Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Türkiyə müdafiə sənayesində inqilabi ixtira - FOTOLAR

Türkiyə son illərdə hərbi-sənaye kompleksinin inkişafında yeni-yeni uğurlara imza atamaqdadır. Bu yeni uğurlardan biri isə lazer silahlı helkopterlərin hazırlanmasıdır.
Yeni lazer silahı ilə təchiz olunan HETS helikopterləri 17-20 avqustda  keçirləcək 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2021) ilk dəfə sərgilənəcək.
Yeni helikopter Meteksan şirkəti tərəfindən hazırlanıb. 
Metaksanın təmsilçisi Özgür Çankara “Anadolu” agentliyinə açıqlamasında deyib ki,  helikopterlər alçaqdan uçarkən yüksək gərginlikli xətlər, meteoroloji şərtlər və ya bəzi süni və  təbii maneələr kimi bir sıra çətinliklərlə üzləşirdi.
“Təəssüf ki, bu maneələr səbəbindən dünyada hər həftə ən az 2 helikopter ciddi qəza təhlükəsi ilə üz-üzə qalır. Məhz bu maneələr nəticəsində Türkiyədə 1990-cı ildən bəri 40-a yaxın helikopter itirib və əsgərlərimiz şəhid olub. Lakin lazerlə təchiz olunmuş helikopterlər bu menaələri aşmaq imkanına malikdir. Həmin lazerlər vasitəsi ilə əvvəlcədən üzləşilən manelərə aşkar ediləcək və ona uyğun hərəkət ediləcək”, - o qeyd edib.
O əlavə edib ki, helikopter tanımadığı coğrafiyada uçarkən və ya görmə problemləri olduqda, helikopter ətrafdakı cisimləri sensorlar vasitəsi ilə aşkarlaya və real vaxtda pilota göstərə bilər: “Bu gün Türkiyə Silahlı Qüvvələrinin (TSK) aktiv maneə tanıma sistemləri yoxdur. Meteksan Müdafiə olaraq, boşluğu doldurmaq üçün SSB ilə birlikdə bir sıra layihələr həyata keçiririk. İndi bu layihənin son mərhələsindəyik. Layihədə son vaxtlar dünyada genişlənən lazer texnologiyalarından istifadə edirik”.
Çankara onu da qeyd edib ki, gözlə, radarla və ya kamerayla görülə bilməyəcək qədər kiçik, lakin helikopter üçün əngəl yarada bilən obyektlərin lazer texnologiyası ilə aşkar edən cihazlar  tətbiq ediləcək.
Cankara həçminin yeni HETS helikopterindən yanğınlar zamanı da istifadə ediləcəyini bildirib. O, yeni helikopterin daha bir sıra üstünlüklərə malik olacağını qeyd edib. \\ Ölkə.Az
 

Tarix: 10 avqust 2021
Baxış: 224

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş