Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Toyların qadağası ilə bağlı YENİ QƏRAR verildi

"Gürcüstanda qida müəssisələri və ya müxtəlif ritual salonlar (restoranlar) toy, yubiley və buna bənzər tədbirlərə ev sahibliyi etdikləri üçün 10.000 lari məbləğində cərimələnəcək".
Bu barədə Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Giorgi Ğibradze açıqlama verib.

Onun sözlərinə görə, oxşar tədbirlər hökumətin qərarı ilə qadağan olunur:

"İlk öncə, qida müəssisələri və ya müxtəlif mərasim salonları bu cür tədbirlərə ev sahibliyi etdikləri üçün 10.000 lari məbləğində cərimələnəcəklər, belə tədbirlər təkrarlanarsa sözügedən müəssisələr bağlanacaq", - deyə Ğibradze bildirib.
Xatırladaq ki, son bir neçə həftədir ölkə ərazisində yoluxma sayı 3-4 min arası dəyişir. \\Bizimmedia.az

Tarix: 09 avqust 2021
Baxış: 215

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş