Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Paşinyan bütün şərtləri qəbul edib – Arman Abovyan

“Paşinyan hakimiyyətinə müharibə nəticəsində təslimçilik aktına imza atdığını xatırladıqca o, çox qəzəblənir”.

Bu barədə bloger Arman Abovyan bildirib. “Səlahiyyətlilər əslində xalqa ölkənin təslim olmadığını inandırırlar. Onlar deyirlər ki, təslim olmaq o deməkdir ki, bir ölkə məğlub edildikdə, düşmən qoşunları məğlub olan bir ölkənin ərazisində olur və təslim olan tərəf qalibin bütün şərtlərini yerinə yetirir. Ancaq mən onlara bir neçə məqamı xatırlatmaq istəyirəm:
1.Paşinyan Artsax Respublikasının ərazilərinin işğalını qanuniləşdirən sənədi imzaladı.
2.Ermənistan hakimiyyəti Ermənistanın Qeqarqunik və Syunik bölgələrində suveren ərazilərin işğalına razılıq verdi.
3. Ermənistan hakimiyyəti düşmənin demarkasiya və kommunikasiya açma şərtləri ilə razılaşdı.
4.Ermənistan hakimiyyəti erməni əsirləri vətənlərinə qaytarmaq üçün lazımi addımlar atmır.
Paşinyan hakimiyyəti yalnız bir şeydə haqlıdır, təslim olmağı Ermənistan yox, ONLAR imzalayıb. Ümid edirəm hamımız fərqi başa düşürük”. \\KONKRET.az

Tarix: 09 avqust 2021
Baxış: 179

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş