Xəbər lenti
Reklam
KTMT sədrinin İrəvana səfərinin PƏRDƏARXASI – Azərbaycan əleyhinə gizli sənəd İMZALANIR?

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  Baş katibi Stanislav Zasın Ermənistana səfər etməsi və bu çərçivədə bir sıra görüşlər keçirməsi siyasi ekspertlər tərəfindən birmənalı qarşılanmır. Rusiyanın Azərbaycanı KTMT-yə cəlb etmək istədiyini nəzərə alsaq, Zasın Ermənistana səfərini təsadüfi saymaq doğru olmaz. Bu səfər çərçivəsində KTMT sədrinin keçirəcəyi bir sıra görüşlərdə Azərbaycan əleyhinə gizli sənədlərin imzalanması da istisna olunmur. Həmçinin sərhəddə təxribatların artacağı da gözləniləndir.
– Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasın Ermənistana səfəri nə ilə əlaqədardır?
– Mövzunu Kontakt.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, Zasın İrəvana səfəri Ermənistan və Rusiya arasındakı münasibətlərin yenidən müəyyən edilməsi ilə bağlıdır. çünki yeni bir dizayn meydana çıxıb və bölgədə baş verənlər Ermənistanın nöqteyi-nəzərindən arzuolunan deyil. Ona görə ki, Paşinyan hakimiyyəti Rusiya və KTMT-dən istədiyi dəstəyi ala bilmir. Vaxtaşırı olaraq həm köhnə, həm də yeni sərhəd xəttində (Kəlbəcər, naxçıvan, işğal edilən anklav bölgədə), o cümlədən Qarabağda kifayət qədər ciddi təxribatlara əl atır. Bu təxribatlar zamanı Azərbaycan tərəfinin hətta şəhid verdiyi də məlumdur. Bütün bunların hamısı atəşkəs rejiminin pozulması, 10 Noyabr razılaşmasının bəndlərinin də yerinə yetirilməməsi ilə bağlı məsələni gündəmə gətirir. Ermənistanda da artıq ciddi şəkildə KTMT ilə münasibətlər meydana çıxmaqdadır. Çünki Sorosdan maliyyələşən Paşinyan hakimiyyəti çalışır ki, bütövlükdə Ermənistan əhalisini Rusiyanın əleyhinə döndərsin və Qarabağdakı sərhəd münaqişəsində KTMT və oradakı söz sahibi Rusiyanın faktiki olaraq İrəvanı müdafiə etmədiyini göstərsin”.
– Azərbaycanın KTMT-yə cəlb edilməsi istiqamətində Rusiya tərəfindən ciddi iş aparılması fonunda Zas-ın Ermənistana səfəri sərhəddə təxribatları artıra bilərmi?
– Əslində təxribatların artan tendensiya üzrə getdiyinin şahidi oluruq. Amma bu təkcə Azərbaycana yönəlik deyil, birbaşa KTMT-nin hazırda Azərbaycan və Ermənistan arasındakı proseslərə müdaxilə etməməsinə bağlı bir məsələdir. Çünki KTMT tərəf olmadığını bəyan edib və Azərbaycanın faktiki sərhəddə demarkasiya prosesini həyata keçirməsi ilə bağlı hüquqlarını tanıyıb. O cümlədən yaxın günlərdə Pakistanın və Azərbaycanın KTMT-də müşahidəçi üzv qismində qəbul edilməsi ilə bağlı danışıqların aparılmasına münasibət açıqlanıb. Bütün bunların hamısı Ermənistanda çox ciddi şəkildə müşahidə edilir və narahatlıq yaradır. Yəqin ki, Rusiya tərəfinin, o cümlədən KTMT rəhbərliyinin bölgəyə səfərinin arxasında dayanan amillərdən biri də budur ki, Ermənistan tərəfini neytrallaşdırsınlar.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

– Səfər çərçivəsində Azərbaycan əleyhinə hansısa gizli sənədlərin imzalanması mümkündürmü?
– Hesab etmirəm ki, KTMT rəhbərliyi Ermənistanla müqaviləyə gedib Azərbaycan əleyhinə hansısa razılaşma imzalasın. Çünki Azərbaycan Rusiyanın faktiki olaraq maraqlarını təmin edib. Qarabağdakı toqquşmalar və 10 Noyabr razılaşmasında göstərilən “Rusiya sülhməramlılarının bölgəyə daxil edilməsi və Azərbaycan ərazisində müvəqqəti şəkildə yerləşdirilməsi” fonunda bunun şahidi olduq. Tərəf seçmə məqamı gəldikdə Azərbaycan və bölgəsəl müttəfiqləri (Türkiyə, Rusiya və Pakistan) yeni bir dizayn inşa etməkdədirlər. Bu isə o deməkdir ki, Azərbaycan öz seçimini edib. Burada Ermənistanın addım atmas məsələsi qalır.
–  Azərbaycan Rusiyanın təzyiqindən yayınmaq və KTMT-yə cəlb olunmamaq üçün hansı addımlar atmalıdır?
– Düşünmürəm ki, burada Azərbaycanı təzyiq altında qoyacaq hansısa hal mövcuddur. Çünki bizim birinci növbədə əsas hərbi müttəfiqimiz Türkiyədir. Söhbət regional təhlükəsizlikdən gedir ki, bunu da biz Türkiyə vasitəsi ilə həll edirik. Məhz Şuşa Bəyannaməsinin imzalanması bu prosesin tərkib hissəsidir. Rusiyanın təzyiqindən yayınmaq məsələsinə gəlincə isə, açıq-aşkar Kremllə qarşıdurma yaranacağı halda bu nəzərdən keçirilməlidir. Biz bu halla müxtəlif dönəmlərdə qarşılaşmışıq. Amma Azərbaycan əsrin müqaviləsinə imza atıb. Müxtəlif dəhlizlərin reallaşdırılmasını həyata keçirib və Rusiya ilə toqquşmamaq üçün onun maraqlarını tanıyıb. Amma bu o demək deyil ki, Azərbaycan Rusiyanın təzyiqlərini qəbul etməli və ona boyun əyməlidir. Çünki artıq elə bir maneradayıq ki, həmin mövzuların gündəmi deyil.
Müşviq Tofiqoğlu

Tarix: 09 avqust 2021
Baxış: 185

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş