“Artsax”ın onlar üçün maraq kəsb etmədiyini dünyaya göstərdilər” - Badalyan
“Ermənistan parlamentində “Artsax” məsələləri üzrə komissiyanın yaradılması hakim qüvvə üçün təhlükəlidir”.
Bu fikirləri siyasi strateq Armen Badalyan səsləndirib. O bildirib ki, “Artsax məsələləri üzrə daimi parlament komissiyasının yaradılması hakim qüvvə üçün təhlükəlidir, çünki onun siyasəti “Artsax”ı unutmaqdır:
“Bu komissiya insanlara “Artsax” haqqında hər zaman xatırladacaqdı. Bu isə hakimiyyətin xarici siyasət doktrinasına zidd olardı. Ona görə də, bu komissiyanı yaratmaq istəmədilər. Beləliklə də “Artsax”ın onlar üçün maraq kəsb etmədiyini dünyaya göstərdilər. “Artsax” sakinlərinə isə anlamaq şansı yaratdılar, özünüz öz başınızın çarəsinə baxın və özünüzü qoruyun dedilər” – Badalyan fikirlərini tamamlayıb. \\KONKRET.az
Tarix: 07 avqust 2021
Baxış: 175
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş