Britaniya faktları təqdim etdi: İran hücum edib!
Böyük Britaniyanın BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvord “Mercer Street” tankerinin İran tərəfindən vurulması ilə bağlı dəlillər təqdim edib.
Bu barədə TASS məlumat yayıb.
“Britaniya anlayır ki, bu hücuma görə İran məsuliyyət daşıyır. Bu, qəsdən baş verib. Bizim məlumatlarımız gəmidə tapılan “Şahed 136” pilotsuz uçuş aparatlarının qalıqlarına əsaslanır. Bu PUA-ları yalnız İranda hazırlayır”, - deyə diplomat bildirib.
Qeyd edək ki, Oman sahillərində İsrailin "Mercer Street" gəmisinə hücum zamanı 2 nəfər (Böyük Britaniya və Rumıniya vətəndaşları) ölüb. İsrail hücuma görə İranı ittiham edib. \\Axar
Tarix: 06 avqust 2021
Baxış: 170
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş