Xəbər lenti
Reklam
ÜST-dən vaksinin üçüncü dozasının vurulması ilə bağlı açıqlama

Dünya ictimaiyyəti koronavirusa qarşı peyvəndlənmənin üçüncü dozasına moratorium tətbiq etməlidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.
O bildirib ki, bu, vaksinlərin dünyada qeyri-bərabər paylanmasının qarşısını almaq üçün lazımdır: "ÜST vaksinlərin dünya ölkələri üzrə paylanmasına nəzarət edir və bunu davam etdirəcək. Təşkilat dəfələrlə zəngin ölkələri azgəlirli ölkələrlə peyvəndləri paylaşmağa çağırıb. Amma vaksinlərə çıxış imkanlarında qeyri-bərabərlik qalmaqdadır".
ÜST rəhbəri əlavə edib ki, bu günədək dünyada 4 milyard vaksin olunub və bunun 80 faizi yüksək və ortagəlirli ölkələrin payına düşüb. \\Trend

Tarix: 04 avqust 2021
Baxış: 215

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş