Xəbər lenti
Reklam
Metroda gediş haqqı artırılır? - Tarif Şurasından açıqlama

"Bakı Metropoliteni”ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb”.

Bu barədə Tarif Şurasından Modern.az-a bildirilib.

Məlumatda qeyd edilib ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.

Hazırda metroda gediş haqqı 30 qəpikdir. 


Tarix: 29 iyul 2021
Baxış: 188

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş