Xəbər lenti
Reklam
Erməni ekspertdən şok iddia: “Bakının əsas məqsədi...”

"Bakının əsas məqsədi və vəzifəsi Ermənistan ərazisi vasitəsilə Naxçıvanla quru əlaqəsini təmin etmək üçün dəhliz əldə etməkdir".
Bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.
Onun fikrincə, Azərbaycan Ermənistanın cənubundan qatarların dayanmayacağı bir dəmir yolu xəttinin çəkilməsini istəyir:
"Onun uzunluğu təxminən 40 kilometr olmalıdır. Bu dəmir yolu xətti Türkiyəyə qədər uzanacaq. Eyni zamanda, Azərbaycan bu xəttin Ermənistan təhlükəsizlik qüvvələrinin mühafizəsi altında olmasını istəmir. Azərbaycan buna can atır. Amma bir şeyi də başa düşmək lazımdır ki, Azərbaycan Ermənistanın iqtisadi inkişafı və Ermənistandan Rusiyaya gedən yolların açılmasından narahat deyil". \\Teleqraf.com

Tarix: 27 iyul 2021
Baxış: 209

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş