Redaktor seçimi
    2025-ci ilədək bu şəxslərin maaşlarına əlavələr olunacaq - Baş nazirdən QƏRAR
Xəbər lenti
Reklam
Bayramov Oklahoma ştatının qubernatoru ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Gender.az-a XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov Oklahoma qubernatorunu səmimiyyətlə salamlayaraq, Azərbaycanın ABŞ arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edib. ABŞ-ın bu günədək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu başlıca layihələri, o cümlədən enerji layihələrini dəstəklədiyini qeyd edən nazir, ölkəmizin sülhməramlı əməliyyatlarda iştirakı, tərəflər arasında sərhəd təhlükəsizliyi, humanitar sahələrdə və s. əməkdaşlıq barədə məmnunluqla danışıb.
Oklahoma qubernatoru Kevin Stit Azərbaycana səfərindən məmnunluq ifadə edib. O, Azərbaycan Respublikası Prezidenti ilə çox yaxşı görüşün keçirildiyini qeyd edib. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, bölgələrə də getmək fürsətinin olacağını bildirən qubernator Kevin Stit, habelə konkret sahələrdə əməkdaşlıq, investisiya perspektivlərini də nəzərdən keçirmək imkanını qeyd edib.
Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Qarşı tərəfə, həmçinin bölgədə mövcud olan yeni reallıqlar şəraitində Azərbaycan və ABŞ arasında o cümlədən, kənd təsərrüfatı, mədən sənayesi, turizm, alternativ enerji və s. sahələrdə əməkdaşlıq imkanları barədə məlumat təqdim edilib.
Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix: 27 iyul 2021
Baxış: 208

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş