Araik Moskvaya daşınır: “işgüzar səfər”in gizlinləri açıldı
Azərbaycan torpaqlarındakı separatçı-terrorçu rejimin tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyanın bu həftə bir daha Moskvada səfərdə olması haqda informasiyalar yayılıb.
Erməni Teleqram kanallarının yaydığı məlumata görə, separatçı rəhbər “işgüzar səfəri”ni arvadıyla ilə Moskvanın brend mağazalarında fəal şəkildə alış-verişlə keçirib.
“A.Arutyunyan özü Qarabağdan olan erməni iş adamları ilə görüşüb. Bu görüşlərin əsas mövzusu öz pullarını Rusiyaya daşımaq imkanlarını aramaq olub.
Görüşlərdən birində iştirak edən mənbəmiz bildirib ki, Araikin Rusiyadakı soydaşlarının bəzi işlərində pay sahibi olmaq istədiyini deyib. Ümumilikdə Arutyunyan ailəsi Moskvanı yaxın gələcəkdə köçmək üçün potensial bir şəhər kimi qəbul edir”, – erməni Teleqram kanalları belə yazır.
Xatırladaq ki, bir müddət öncə yayılmış xəbərlərdə Araikin Moskvaya Qarabağda növbəti qanunsuz “seçki”lər keçirmək üçün icazə almaq məqsədilə gedəcəyi iddia edilirdi. \\Moderator
Tarix: 17 iyul 2021
Baxış: 226
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş