"Alov qüllələri"ndə "yanğın" - Kompleks boşaldıldı
17 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən "Alov qüllələri" kompleksində yanğın-taktiki təlim keçirib. Təlimin keçirilməsində məqsəd şəxsi heyətin çoxmərtəbəli binalarda baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Şərti iki saylı çağırışla keçirilən təlim zamanı FHN DYMX-nin Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən yuxarı mərtəbələrdə "köməksiz vəziyyətdə qalan insanların xüsusi vasitələrdən istifadə edilməklə xilas olunması", 23-cü mərtəbədə baş vermiş şərti yanğının söndürülməsi prosesi həyata keçirilib.
Sonda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi, daxili xidmət polkovniki
Xudat Nəbiyevin iştirakı ilə təlim prosesində əməkdaşların "yanğının söndürülməsi" zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib. \\Metbuat
Tarix: 17 iyul 2021
Baxış: 218
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş