Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Markovdan Ermənistan açıqlaması: Məğlub oldular...

Azərbaycan həm hərbi, həm də diplomatik qələbə qazanıb. 44 günlük müharibə nəticəsində qaytarılan torpaqlar artıq bərpa olunmalı, insanların normal yaşayışı üçün əlverişli vəziyyətə gətirilməlidir. Həm də Qarabağ daha sürətli, tarazlı, səmərəli bərpa olması üçün vahid bölgə olaraq inkişaf etdirilməlidir. İşğalçıların dağıtdıqlarının yerinə yeni, müasir infrastrukturun qurulması çox mühümdür.
Gender.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Report-a açıqlamasında deyib.
Ekspertin fikrincə, Qarabağ bölgəsi tarazlı şəkildə, yəni həm kənd təsərrüfatını, həm də müasir istehsalat sahələrini ehtiva etmək şərtilə inkişaf etdirilməlidir. Bu baxımdan dünya təcrübəsindən yararlanmaq kara gələr.
“Bölgənin kompleks inkişafı mühüm əhəmiyyət daşıyır və iqtisadiyyata böyük təkan verə bilər. Ermənilər məğlub oldular. İndi Ermənistan rəhbərlərinin hansısa etiraz bildirmələri sırf keçmişin əks-sədasıdır və sadəcə qısqanclıq hissindən irəli gəlir”, - rusiyalı politoloq qeyd edib.

Tarix: 16 iyul 2021
Baxış: 169

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş