Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Azərbaycan və Ermənistanda 30 ildən sonra... - Proqnoz

Proqnozlara görə, 30 ildən sonra Azərbaycanın əhalisi 12,1 milyon, Gürcüstanın əhalisi 2,9 milyon, Ermənistanın əhalisi isə 2,8 milyon nəfər olacaq. Ermənistanda ikili vətəndaşlıq olduğunu nəzərə alsaq, real olaraq ölkədə həmin dövrdə 2 milyondan daha az əhali qalacaq.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, digər proqnoza görə, 2050-ci ildə Ermənistan əhalisinin 80%-i İrəvanda yaşayacaq, Azərbaycanla sərhəd rayonlarda əhali kəskin azalacaq:
“Cəmi 30 ildən sonra 18 milyona yaxın Cənibu Qafqaz əhalisinin 12 milyondan çoxu Azərbaycanda yaşayacaq, Cənubi Qafqaz iqtisadiyyatının 75-80%-i bizim ölkə təşkil edə bilər”.
İqtisadçı daha güclü iqtisadi sistemlə, iqtisadiyyatımızı inkişaf etdirməklə, işğaldan azad edilmiş torpaqlara yaxın 10 ildə 1,5 milyon vətəndaşımızı köçürüb, orada iqtisadi fürsətlər qazanmaqla Azərbaycanı bölgənin şəriksiz iqtisadi-siyasi liderinə çevirməyin mümkün olduğunu bildirib:
“O zaman Zəngəzura, Göyçəyə ev tikməyə, iş qurmağa, biznes yaratmağa gedəcəyik. Bunu sülhlə, qonşularla normal münasibət qurmaqla, iqtisadi, elmi güclə etməlik, top-tüfənglə yox”. \\Axar

Tarix: 15 iyul 2021
Baxış: 345

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş