Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Jurnalistlərin şəhadətindən 40 gün ötdü - VİDEO

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhadətindən artıq 40 gün keçib. Məlum hadisədən xeyli müddət keçməsinə baxmayaraq, hələ də beynəlxalq ictimaiyyət tərəfindən rəsmi İrəvana təzyiq göstərilməməsi onların daha da azğınlaşmasına gətirib çıxarır.
İyulun 5-dən 10-dək işğaldan azad edilən ərazilərdə 153 piyada, 29 tank əleyhinə mina və 26 partlamamış hərbi sursatın aşkarlanması belə deməyə əsas verir. Ötən il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra sözügedən yerlərdə mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan isə yaralanıb. Bu da öz növbəsində, həmin torpaqlarda yenidənqurma prosesini ləngitməklə yanaşı, məcburi köçkünlərin evlərinə qayıdışını da gecikdirir.

Məlumdur ki, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarının mina xəritələrini erməni əsirlərin təhvil verilməsi müqabilində qaytarıb. Ancaq digər ərazilərin də xəritələrinin verilməsi olduqca əhəmiyyətlidir. Ərazilərin minalardan təmizlənməsinin prosesinin böyük zaman və resurs tələb etdiyini söyləyən ekspertlər bildirir ki, beynəlxalq ictimaiyyət rəsmi İrəvanı minalanmış ərazilərin xəritələrini Azərbaycana verməyə məcbur etməlidir.

Qeyd edək ki, minalanmış ərazilərin xəritələrinin verilməməsi insanlığa qarşı cinayətdir. Bu konteksdə, sözügedən xəritələrin verilməsi isə mülki vətəndaşların bədbəxt hadisələrdən vaxtında qorunmasına şərait yaradacaq.

Tarix: 15 iyul 2021
Baxış: 179

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş