Müharibə yenidən başlayacaqmı? – POLİTOLOQDAN AÇIQLAMA
“Zəngəzur dəhlizinin açılması və 10 noyabr bəyanatının 4- cü bəndinin icrası ilə bağlı irəliləyiş yoxdur. Proseslərin gedişi onu göstərir ki, müharibə yenidən başlaya bilər”.
Gender.az xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.
O, bildirib ki, müharibəyə hər zaman peşəkar şəkildə hazır olmalıyıq:
” 10 noyabr bəyanatının 4-cü bəndi icra olunmur. Rus sülhməramlıları “sülhməramlı” missiyasını yerinə yetirmir. Erməni birləşmələri Qarabağdan çıxarılmır. Deyə bilərəm ki, Qarabağda bir daha müharibə olacaq. Lakin dəqiq vaxtını deyə bilmirəm. Belə ki, atəşkəs də pozulacaq, itkilərimiz də olacaq, soyuqqanlılıqla növbəti səfəri gözləyəcəyik. Bu məqsədlə orduda yeni islahatlarla bağlı gözləntilər də mövcuddur. Qeyri- peşəkar zabitlər ordu sıralarından çıxarılmalıdır”.
Tarix: 15 iyul 2021
Baxış: 171
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş