İmtahanda sualları zaldan çıxarmağa cəhd edən müəllimin nəticəsi ləğv olunub
Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyulun 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Gender.az-a verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib, imtahan nəticəsi ləğv olunub və barəsində müvafiq cəza tədbiri görüləcək.
Tarix: 14 iyul 2021
Baxış: 208
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş