Paşinyanın növbəti böyük səhvi - Şuşaya səfər edənlərə...
Bu gün Ermənistanın XİN- nin binasına Şuşanı ziyarət edən ölkələrin səfirləri çağırılıb.
Ermənistanın sahibsiz nazirliyi onlara nota verib. Erməni tərəfi növbəti dəfə həyasızlıq nümayiş etdirərək Hadrutun və Şuşanın işğal edildiyini və oraya getməyin qəbuledilməz olduğunu bildirib.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qazet.az-a bildirib ki, Ermənistanın bu addımına cavab veriləcək.
"Ermənistan XİN-nin bu addımı Paşinyanın adına yazılmalıdır. Bu addım Nikolun növbəti təlxəkliyidir. Hər kəs bilməlidir ki, 44 günlük müharibənin nəticələri təkcə Şərqi Zəngəzura deyil, həm də Qarabağa aiddir.
Ermənistan həmişəki kimi publikada hay-küy salmaqla məşquldur. Azərbaycan isə müharibəyə qədər olduğu kimi postmünaqişə dövründə də real işlər görməkdədir. Hazırda bütün dünya birliyi 44 günlük müharibənin nəticələrini qəbul edib və Xankəndi də daxil olmaqla bütün əraziləri Azərbaycanın tərkibində tanıyır. Avropa İttifaqının ən son bəyanatı da deyilənlərin nümunəsidir", - deyə politoloq əlavə edib. \\Qazet.az
Tarix: 13 iyul 2021
Baxış: 208
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş