Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Rusları Qarabağda nə maraqlandırır? - Erməni politoloqdan maraqlı İDDİA


“Azərbaycanlıların ciddi şəkildə geri çəkiləcəyini düşünmürəm və onları buna məcbur edə biləcək qüvvələri görmürəm”.

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskandaryan bunu “TALK TIME” efirində bildirib.

Politoloq Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşdə verdiyi son açıqlamalarını şərh edib.

Aleksandr İskandaryanın fikrincə, Putin, ilk növbədə, Ermənistan və Azərbaycan sərhədindəki sabitlikdən danışıb. “Düşünürəm ki, o, kommunikasiyanın blokdan çıxarılmasından söz açıb. Başa düşün, ruslara böyük müharibənin olmaması və sərhədin nisbətən sabit olması lazımdır. Göründüyü kimi, onlar o qədər də sürətli olmasa da, bu istiqamətdə bəzi hərəkətləri davam etdirirlər. Danışıqlar davam edir ki, bunun da son nəticəsi Ermənistan sərhədinin bu hissəsindəki təhlükəsizlik problemlərinin Ermənistan ordusundan Rusiyaya keçməsi ehtimalıdır. Artıq hansı formada əhəmiyyəti yoxdur. Ruslar bununla az-çox razılaşırlar”, – deyə İskandaryan izah edib.

O əlavə edib ki, bu vəziyyətdə Moskva və İrəvanın maraqları üst-üstə düşür.

Ekspert bu planların reallaşma ehtimalının yüksək olduğunu düşünür. Buna baxmayaraq, Ermənistan və Rusiyanın maraqlarının üst-üstə düşmədiyi müəyyən gündəlik də mövcuddur. “Rusları bu və ya digər kvadrat kilometrə kimin sahib olduğu maraqlandırmır. Ruslar istər Ermənistan, istər Qarabağ, istərsə də Qara gölü kimin idarə etməsi ilə maraqlanmırlar. Bütün bunlar onları maraqlandırmır. Onlar həyata keçiriləcək müəyyən bir xətt boyunca sabitlikdə maraqlıdırlar”.

Eyni zamanda, Aleksandr İskandaryan vurğulayıb ki, rəsmi İrəvanın təzyiq göstərmək üçün müəyyən mənbələrə və sərhədlərin onun xeyrinə müəyyənləşdirilməsinə dair tələblərə sahib olsaydı, bu maraqlar nəzərə alınacaqdı. “Ancaq bunun əksi doğrudur. Azərbaycan bu mənbələrə sahibdir, Ermənistan isə bu mənbələrə sahib deyil”. \\Yenisabah

Tarix: 12 iyul 2021
Baxış: 173

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş