Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
“Hraparak”: Ermənilər 1988-ci ildə Qarabağı tələb edirdi, 2021-ci ildə Süniki itirir

“Rusiya prezidenti Moskvada Ermənistan Baş nazirinə deyir ki, erməni xalqına ağrılı, həssas, kəskin məsələlərin həlli gözlənilir. Ermənistan Baş naziri isə xalqın etimad səsinə sahibdir və bu, bənzər məsələlərin həlli üçün vacibdir”. Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“İlham Əliyev rus sülhməramlıların nəzarəti altında qalmış əraziləri əhatə edən Azərbaycanın iqtisadi xəritəsini tərtib edir. Bu xəritədə Şərqi Zəngəzur da qeyd olunub. Şərqi Zəngəzur varsa, deməli Azərbaycan və Türkiyə arasında yerləşən Qərbi Zəngəzur da var”, - deyə müəllif bildirib.

Müəllifin sözlərinə görə, son dövrdə erməni cəmiyyəti əmin olub ki, Azərbaycan nəyi bəyan edirsə, dünya onu qəbul edir, çünki Ermənistan qarşı çıxmır.

“1988-ci ildə Qarabağı Ermənistana birləşdirmək tələbi ilə Azadlıq meydanına çıxdıq. İndi, 2021-ci ildə isə Azərbaycan Sünikdədir və Türkiyəyə birləşmək üçün Mehridən dəhliz tələb edir. Ümumiyyətlə, Süniki Azərbaycanın tarixi ərazisi, Zəngəzur hesab edir”, - deyə məqalədə yazılıb.

Alpər Mövludoğlu
Tarix: 12 iyul 2021
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş