ÜST:Dünyada COVID-19-a yoluxma artır
“Dünyada dördüncü həftədir COVID-19-a yoluxmada artım qeydə alınır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 10 həftədən sonra koronavirusdan ölüm sayı da artıb: "Keçən həftə dünyada COVID-19 xəstələrinin sayında artım olduğu dördüncü həftə idi. Bu artım ÜST-ün altı bölgəsində də qeydə alınıb. 10 həftəlik azalmadan sonra ölüm də artıb".
ÜST rəhbəri əlavə edib ki, pandemiya ilə əlaqəli epidemioloji vəziyyət ağırlaşır. \\APA
Tarix: 12 iyul 2021
Baxış: 198
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş