Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Pakistanlı jurnalist: Ermənistanın Qarabağda müharibə cinayətləri törətməsini pisləyirəm

“Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi “Azərbaycanın əcnəbi dostları” layihəsini davam etdirir. Layihənin növbəti qonağı olan pakistanlı jurnalist Zaman Bəcva ötən ilin payızında Azərbaycan Silahlı Qüvvələrinin qazandığı parlaq Qələbədən, Pakistan-Azərbaycan dostluğunun tarixindən, Qarabağda törədilmiş erməni vandalizmindən və iki ölkə jurnalistləri arasında qurulan əməkdaşlıq əlaqələrinin perspektivlərindən danışıb.

İctimai Birlikdən bildirilib ki, Zaman Bəcva Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq gündən-günə inkişaf etdiyini deyib. Jurnalist qeyd edib: “Azərbaycan Pakistan xalqı üçün çox əziz olan ölkələr sırasındadır. Biz Azərbaycanın sevincini və kədərini paylaşırıq. Son illər bu münasibətlər daha da möhkəmlənib. Hər iki ölkənin çox güclü strateji, iqtisadi və diplomatik əlaqələri var. Qarabağ müharibəsi zamanı Pakistan bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyini tam dəstəkləyən ölkələr sırasında yer alıb. Azərbaycan İƏT-in Kəşmir üzrə Əlaqə Qrupunun üzvüdür və Kəşmirdəki münaqişə ilə əlaqədar Pakistana diplomatik dəstək verir. İndi əsas hədəf insanlar arasında əlaqələri və ölkələrimizin iqtisadi münasibətlərini daha da genişləndirməkdir. Tezliklə Pakistandan Bakıya birbaşa reyslər açılacaq və bu hər iki ölkədə turizmin inkişafına kömək edəcək”.
Jurnalist bildirib ki, hər iki ölkədə ortaq cəhətlər çoxdur. Pakistanın milli dili olan urdu dilində azərbaycanca çoxlu söz tapmaq mümkündür və hər iki ölkənin vətəndaşlarının bir-birinə qarşılıqlı hörməti var.
Ermənistan ordusunun Qarabağda törətdiyi vandalizm aktlarını pisləyən Zaman Bəcva deyib: “Hüquq müdafiəçisi olaraq insanlığı dəstəkləyirəm. Ermənistan Qarabağda müharibə cinayətləri törədib və mən bunu pisləyirəm. Bu əməlləri törədənlər qanunla məsuliyyətə cəlb olunmalı, qurbanlara və onların ailələrinə münasibətdə ədalət mühakiməsi qərar verməlidir. Bu barədə həqiqətləri yazmaqda çox maraqlıyam. Mənim 20 Yanvar faciəsi və Xocalı soyqırımı haqqında yazılarım olub. Vaxtaşırı bu məsələlərlə bağlı araşdırmalar aparıram və bu barədə yazıram. Onu da deyim ki, İndoneziya və Pakistanda Xocalı soyqırımı ilə bağlı məlumatlandırma kampaniyası keçirməyim də araşdırmaların nəticəsi olub”. \\AZƏRTAC

Tarix: 12 iyul 2021
Baxış: 207

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş