Baş nazirdən bu qurumla bağlı QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edib.
Gender.az xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində həmin cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması məsələlərinə dair müddəa ləğv edilib.
Tarix: 12 iyul 2021
Baxış: 208
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş