Türkiyəyə köhnə şəxsiyyət vəsiqəsiylə getmək olmaz - RƏSMİ
Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.
Gender.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidm'tinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.
Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.
Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz vəsiqələrlə səyahət edilməsini qadağan edib.
Tarix: 07 iyul 2021
Baxış: 200
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş