TƏBİB rəsmisi Fərrux Sədirov “Üzbəüz” verilişinin qonağı olub. O, qarşıdakı aylarda koronavirus infeksiyası ilə əlaqədar qapanmanın olub-olmayacağı məsələsinə aydınlıq gətirib. F.Sədirov bildirib ki, TƏBİB və Operativ Qərargahın qərarları son sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq verilir və hər zaman gələcəyə yönəlmiş qərarlar da planlaşdırılır: “Bütün vətəndaşlara keyfiyyətli xidmət verə biləcəyimiz həddə yoluxmaya qədər qapanma tətbiq etməyə bilərik. Amma yoluxma limiti imkanlarımızı aşarsa, bunun qarşısını almalıyıq”.