“Rusiya XİN-in bəyanatında artıq “Dağlıq Qarabağ” termini heç bir yerdə qeyd olunmayıb”
“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumata əsasən, Sergey Lavrov 2021-ci iyunun 30-da Türkiyə Xarici İşlər naziri ilə görüşmək üçün Antalyaya səfər edəcək. Bəyanatda qeyd olunur ki, Cənubi Qafqazdakı vəziyyət müzakirə mövzularından biri olacaq. Bütün bəyanatda artıq “Dağlıq Qarabağ” termini heç bir yerdə qeyd olunmayıb”. Bunu erməni ictimai xadim Edqar Qazaryan yazıb.
“Cəmi bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bənzər ifadəni işlətməyə artıq ehtiyac yoxdur, Dağlıq Qarabağ problemi artıq həll edilib”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu \\Ordu.az
Tarix: 29 iyun 2021
Baxış: 218
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş