Qorxunc mənzərə: minlərlə meyit suyun üzündə göründü - FOTOLAR
Hindistanda insanlar koronavirusdan həyatını itirən yaxınlarını dəfn etmək əvəzinə, onları çay yatağında basdırıblar.
Çayın səviyyəsinin qalxmasından sonra basdırılmış cəsədlər suyun üzünə çıxıb. Rəsmi qurumların əməkdaşları su üzünə çıxmış cəsədlərin toplanmasına başlayıb.
Ötən ay da Kause şəhərindəki su yatağında onlarla cəsədin üst-üstə yığılması aşkar edilmişdi. Dövlət qurumları bildirir ki, insanlar yaxınlarının cəsədini yandırmaq üçün imkanları olmadığından onları bu üsulla dəfn etməyə çalışıblar.
Qeyd edək ki, aprel-may aylarında Hindistanda koronavirusa yoluxma və ölüm halları maksimuma çatmışdı. \\Ölkə.az
Tarix: 29 iyun 2021
Baxış: 221
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş