Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
Ermənistana silah satışı qadağan edilməlidir - Korotçenko

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinə endirilən raket zərbələri barədə qərarlar sırf rəsmi İrəvan tərəfindən qəbul olunub.
Gender.az xəbər verir ki, bunu rusiyalı ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Trend-ə açıqlamasında deyib.
O vurğulayıb ki, raket zərbələri ilə bağlı məsuliyyət tamamilə Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşür.
Ekspert qeyd edib ki, şəhərlərə raket zərbələrinə heç bir şəkildə haqq qazandırmaq olmaz, çünki bu, hərbi cinayətdir.
Onun sözlərinə görə, Ermənistan hücum silahlarının istifadəsi zamanı məsuliyyətsiz davrandığı üçün bu cür silahların Ermənistana tədarükünə embarqo qoyulmalıdır:
"Ermənistan onları hərbi tapşırıqlar üçün deyil, dinc əhalini məhv etmək üçün istifadə edib. Fikrimcə, Ermənistan silahlı qüvvələrinə hücum silahlarının tədarükü gələcəkdə qadağan olunmalıdır".

Tarix: 02 iyun 2021
Baxış: 248

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş